Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 203 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 1 min 724 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 27-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib.
Qərargahdan bildirildiyinə görə, indiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864-ü sağalıb, 5 min 469–u vəfat edib, aktiv xəstə sayı 49 min 412-yə yüksəlib.
Vaksin olunanların sayı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 min 220 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 691, ikinci mərhələ üzrə isə 29 min 529 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı da 6 milyon 493 min 757 təşkil edib. Bunun 3 milyon 929 min 404-ü birinci, 2 milyon 564 min 353 -ü isə ikinci mərhələnin payına düşür.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. Ölkədə, əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.