352 yeni yoluxma, 2 ölüm

Moskva, 9 iyun 2020

“Son gündə Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”

Bunu bu gün, iyunun 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlayıb. Məlumatda qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər də vəfat edib.

Bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, sağalanların sayı 5309-a çatıb.

Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan vəfat edənlərin sayı isə 115-ə yüksəlib.

Qurumun bildirməsinə görə, son gündə Azərbaycanda koronavirusla bağlı 7505 test keçirilib.Ümumilikdə koronavirusla bağlı keçirilən testlərin sayı da ölkədə 375759-a çatıb.

Hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayınln 4146 nəfər olduğu bildirilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 785 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 429 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.