Körpünün altından zenit mərmiləri tapılıb

arxiv foto

İyulun 10-da Xızı rayonunda hərbi hissələrdən birinin yaxınlığında, Məşədihəsən kəndi ərazisindən keçən körpünün altında 13 ədəd zenit top mərmisi (BZT) və 42 ədəd müxtəlif çaplı patronlar aşkar olunub.

İyulun 10-da Xızı rayonunda hərbi hissələrdən birinin yaxınlığında, Məşədihəsən kəndi ərazisindəki körpünün altında 13 ədəd zenit top mərmisi (BZT) və 42 ədəd müxtəlif çaplı patronlar aşkar olunub. Bu haqda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaydığı məlumatda deyilir.

Onların zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşındığı bildirilir. ANAMA Zenit top mərmilərinin və patronların ətrafında 200 kv.m əraziyə yerüstü, 2 kv.m əraziyə isə yeraltı baxış keçirildiyini, əlavə təhlükəli əşya və qurğu aşkarlanmadığını vurğulayır.