Kosovo Clinton-a orden verdi

Keçmiş ABŞ prezidenti Bill Clinton (solda) və Kosovo prezidenti Hashem Thaci

Kosova prezidenti Hashim Thaci Kosovoda 1998-1999-cu il müharibəsinin başa çatmasına etdiyi köməyə görə keçmiş ABŞ prezidenti Bill Clinton-u Azadlıq Ordeni ilə təltif edib.

Bu müharibədə 13 min insan həlak olub.

Clinton, keçmiş dövlət katibi Madeleine Albright və başqa rəsmilər iyunun 12-də Priştinada NATO qoşunlarının Kosovoya yeridilməsinin 20 illiyinə həsr olunmuş mərasimə qatılmışdılar.

O vaxt NATO serblərin Kosovodakı millətçi albanların üzərinə qanlı hücumunun qarşısını almışdı.

Kosovo keçmiş Yuqoslaviyanın bir hissəsi olsa da, müstəqilliyini tələb edirdi.

Thaci iyunun 11-də ordeni Clinton-a təqdim edərkən ona “bu azadlığın bünövrəsini qoyduğuna görə” təşəkkürünü bildirib və Clinton-u “Kosovo qəhrəmanı” adlandırıb.

NATO-nun 78 gün ərzində həyata keçirdiyi hava zərbələri münaqişəyə son qoyulması, lakin 10 min insanın həlak olması ilə nəticələnmişdi.

Clinton və Albright NATO-nun bombardman qərarı qəbul etməsində həlledici rol oynamışdılar.

Onların hər ikisi müharibənin ardınca Kosovo-Serbiya sülh sazişinin imzalanmasında iştirak etmişdilər.