Kremlin NATO-nun qərarına reaksiyası

Jens Stoltenberg, arxiv fotosu

Rusiyanın NATO-dakı rəsmi missiya üzvləri yarıbayarı azalıb

Kreml bildirir ki, NATO-nun Moskvanın diplomatik missiyasından səkkiz rusiyalını qovması münasibətləri yaxşılaşdırmağa ümidlərii “demək olar tamamilə” sarsıdıb.

Kremlin sözçüsü Dmitri Peskov açıqlamanı oktyabrın 7-də verib. Bir gün öncə NATO rəsmiləri rusiyalıların qovulması haqda qərarı açıqlayıblar. Onların faktiki “bəyan edilməmiş kəşfiyyat zabitləri” olduqları bildirilir.

Bununla Rusiyanın NATO-dakı rəsmi missiya üzvləri yarıbayarı azalıb.

Buna da bax: NATO Rusiya missiyasının 8 üzvünü qovub

“Aşkar ziddiyyət”

“NATO təmsilçilərinin ölkəmizlə münasibətləri normallaşdırmaq istəyi haqda bəyanatları ilə real hərəkət arasında aşkar ziddiyyət var”, – Rusiyanın xəbər agentlikləri Peskova istinadla yazırlar.

“Əlbəttə ki, bu hərəkətlər bizim əlaqələri normallaşdırmaq, yaxud NATO ilə dialoqu bərpa etməklə bağlı illüziyaya qapılmağımıza imkan vermir. Əksinə, bu perspektivlərə tamamilə zərbə dəyir”, – o deyib.

Buna da bax: Putin və Lukaşenka NATO-ya xəbərdarlıq edirlər

NATO-nun Baş katibi isə qərarın kəşfiyyat məlumatına əsaslandığını, ancaq spesifik hadisə, yaxud hərəkətlə bağlı olmadığını deyib.

Jens Stoltenberq oktyabrın 7-də reportyorlara deyib ki, alyansla Moskvanın münasibətləri “Soyuq Müharibədən bəri ən aşağı həddədir”.

“Bu qərar konkret hadisəylə bağlı deyil. Amma bir müddətdir Rusiyanın məkrli fəaliyyətinin artdığını görürük, ona görə də ayıq-sayıq olmalıyıq”, – Stoltenberq söyləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erdogan:Türkiyə Rusiyadan yeni S-400 raketləri alacaq

Qarşılıqlı ittihamlar

NATO ilə Rusiyanın münasibətlərində gərginlik 2014-cü ildə pik həddə çatıb. O zaman Moskva Ukraynanın Krım yarımadasını ilhaq edərək Ukraynanın şimalında münaqişəni qızışdırmağa başladı. Müharibə bu günədək davam edir.

Rusiya rəsmiləri isə alyansı riyakarlıqda, keçmiş sovet respublikaları ərazisinə genişlənmək cəhdində, ABŞ-ın Şərqi Avropada havadan müdafiə sistemləri yerləşdirmək planını dəstəkləməkdə suçlayıb.

30 üzvü olan alyans NATO sərhədləri boyunca hərbi fəaliyyətin artmasından narahatlıq bildirib.

Son illər diplomatik missiyada azalma ikinci dəfədir baş verir. 2018-ci ildə keçmiş casus Sergey Skripal İngiltərədə zəhərlənəndə Rusiyanın yeddi diplomatı qovulmuşdu.

O zaman NATO Rusiyanın missiya üzvlərinin sayını 30-dan 20-yə salmışdı.