Kreml bildirir ki, avropalı deputatların həbsdə olan müxalifətçi Aleksey Navalnıya Saxarov mükafatı verməsi qərarına “hörmət”lə yanaşmır.
Bir çox müşahidəçilərin fikrincə, Navalnıya AB-nin ali insan haqları mükafatının verilməsi Putinə güclü mesaj göndərir. Yəni, onun ən kəskin düşməni indi qlobal fiqurdur, heç də Kremlin təsvir elədiyi kimi ekstremist təşkilata rəhbərlik edən cinayətkar deyil.
Buna da bax: Navalnıya Saxarov mükafatı verilir“Heç kəs bizi məcbur eləyə bilməz”
“Avropa Parlamentinə hörmətlə yanaşırıq, amma heç kəs bizi belə qərarlara sayqı göstərməyə məcbur eləyə bilməz”, – Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 21-də Moskvada jurnalistlərə deyib.
Navalnı oktyabrın 20-də Andrey Saxarov mükafatının qalibi elan olunub. Qısa siyahıda bir qrup əfqan qadın və həbsdə olan boliviyalı müxalifətçinin adları də vardı.
Navalnı ötən il Sibirdə zəhərlənməsinə görə Kremli ittiham edir, Moskva isə ittihamı rədd edir. Müxalifətçi Almaniyada müalicədən qayıdan kimi, bu ilin yanvarında həbs olunub. O, şərti cəzanı pozmasına görə 2 il yarım həbsə məhkum edilib, özü ittihamları siyasi motivli sayır.
Buna da bax: Qərb Navalnının zəhərlənməsinə görə Rusiyadan cavab istəyirAB Navalnının zəhərlənməsi və həbsinə görə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib.
Saxarov mükafatı 1988-ci ildə təsis olunandan Navalnı onu Rusiyadan alan üçün laureatdır.
Daha öncə bu mükafata sovet dissidenti Anatoli Marçenko və “Memorial” insan haqları qrupu layiq görülüb.
Buna da bax: Navalnı 'Azadlıq cəngavəri' mükafatına layiq görülübSobol axtarılır
Bu arada Navalnının yaxın həmkarı Lyubov Sobol Rusiyada axtarılanlar siyahısına salınıb. O, koronavirus qaydalarını pozmaqda təqsirli bilinəndən bir neçə gün sonra ölkəni tərk etmişdi.
Sobolun adı Daxili İşlər Nazirliyinin axtarışda olanların siyahısına salınıb.
34 yaşlı hüquqşünas Rusiyadan avqustda çıxıb. Moskvada məhkəmə onu sanitar-epidemioloji qaydaları pozmaqda təqsirli bilərək azadlığını 18 aylığa məhdudlaşdırılıb. Sobol Navalnının həbsinə icazəsiz yürüşlərin təşkilində ittiham olunurdu.
Media hazırda onun Estoniyada olduğunu yazır.