Kristian Eriksen əməliyyat olunacaq

Kristian Eriksen

29 yaşlı futbolçunun gələcək karyerasına təsirlər haqda hər hansı informasiya verilmir. Eriksenin “bu həll yolunu qəbul etdiyi” vurğulanır.

Danimarka futbolçusu Kristian Eriksenin ürəyinə defibrilyator qoyulacaq. Bunu Danimarka Futbol İttifaqı bildirib.

Eriksen iyunun 12-də Kopenhagendə Finlandiyaya qarşı Avro 2020 oyunu zamanı ürək tutması keçirib.

Inter Milan-ın yarımmüdafiəçisi olan Eriksen hazırda xəstəxanadadır.

“Kristian müxtəlif ürək müayinələrindən keçəndən sonra ürəyinə implant kardioverter-defibrilyator yerləşdirilməsi qərara alınıb”, – Danimarkanın futbol qurumu iyunun 17-də Twitter-də bildirib.

Buna da bax: Futbol üzrə Avropa çempionatı başlayır

“Ritm pozğunluğuna görə ürək tutmasından sonra belə bir cihaz qoyulmalıdır”, – məlumatda deyilir.

29 yaşlı futbolçunun gələcək karyerasına təsirlər haqda hər hansı informasiya verilmir. Eriksenin “bu həll yolunu qəbul etdiyi” vurğulanır.

Niderlandlı Deyli Blayndın ürəyinə sözügedən aparat yerləşdiriləndən sonra futbol karyerasını bərpa edib. Aparat ürəyin ritmini nəzarətdə saxlayır və tənzimləyir. Almaniyalı qaçıcı Katarina Bauer də həmin tibbi cihazla karyerasına davam edir.

İyunun 17-də Danimarka Belçikaya qarşı oynayacaq. Oyunun 10-cu dəqiqəsində Eriksen yad olunacaq.