Sentyabrın 3-ü, saat 20:38-də Azərbaycanın Kürdəmir rayonunda maqnitudası 5,2, dərinliyi 52 km olan zəlzələ qeydə alınıb.
Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında da hiss olunub.
Bu barədə Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Hələlik, dağıntı və tələfat haqqında məlumat verilmir.