Moskva xəbərdarlıq edib ki, Tokio Cənubi Kuril adaları ilə bağlı sazişə dair dasnışıqlarda tərəqqi görmək istəyirsdə, əvvəlcə Sakit okeanda İkinci Dünya Mügharibəsindən bəri iki ölkə arasında mübahisəli olan bu ərazilər üzərində Rusiyanın suverenliyini tanımalıdır.
Yanvarın 14-də Moskvada yaponiyalı həmkarı ilə görüşən Sergei Lavrov deyib ki, mövqelərin yaxınlaşdırılması istiqamətində müəyyən tərəqqinin əldə edilməsinə baxmayaraq “nəzərəçarpacaq ixtilaflar” qalmaqda davam edir.
Sovet İttifaqı Hokkaydodan şimalda terləçşən dörd adanı İkinci Dünya Müharibəsinin sonlarında işğal edib və bunun üstündə düşən mübahisə Moskva və Tokio arasında müharibəni rəsmən bitirəcək sazişin imzalanması mümkünsüz olub. Yaponiya Rusiyanın Kuril adaları adlandığı bu adaları Şimal Əraziləri adlandırır.
Lavrovla Yaponiyanın xarici işlər naziri Tara Kononun danışıqları başa çatdıqdan sonra, yanvarın sonunda prezident Vladimir Putinlə Yaponiyanın baş naziri Shinzo Abe arasında Moskvada görüş keçiriləcəyi gözlənilir.
Putin və Abe ötən noyabrda “1956-cı il tarixli sovet təklifinin” əsasında əhalisi nisbətən az olan Şikotan adasının və Habomay mikroarxipelaqının Yaponiyaya qaytarılması barədə danışıqların intensivləşdirilməsinə dair razılaşma əldə etmişdilər.
Lakin həmkarı ilə həm danışıqlardan əvvəl, həm də sonra Lavrov Yaponiya rəsmilərinin bəyanatlarını tənqid edib və deyib ki, Tokio razılaşmanın zorla qəbul etdirilməsinə çalışmamalıdır:
"Biz bu gün 1956-cı il bəyannaməsi əsasında işləməyə hazır olduğumuzu təsdiqlədik. Bu isə o deməkdir ki, yapon qonşularımız birinci addım kimi İkinci Dünya Müharibəsinin nəticələrini qəbul etdiklərinin dəyişməzliyini bildirməlidirlər”.
Lavrov deyib ki, bu isə Cənubi Kuril adalarının dördünün də üzərində Rusiya Federasiyasının suverneliyinin qəbul olunması deməkdir:
"Bu bizim fundamental mövqeyimizdir və bu istiqamətdə addım olmadan məsələnin həllinə doğru hər hansı hərəkətin olacağını gözləmək çətindir”.