Lavrov Serbiyaya gedə bilmədi

Lavrovun Avropada səyahət edə bildiyi ölkələr yaşıl rəngdə göstərilib

Vuçiç bu gün (6 iyun) axşam Lavrovun səfərinin təxirə düşməsilə bağlı xalqa müraciət etməlidir

“İnanılmaz bir şey baş verib. Suveren ölkə xarici siyasətini yerinə yetirmək hüququndan məhrum edilib”, – Lavrov iyunun 6-da uçuşu ləğv olunandan sonra Moskvada onlayn mətbuat konfransında deyib.

Lavrov ABŞ, Aİ, Böyük Britaniya və Kanadanın sanksiyaları altındadır.

Artıq ikinci dəfədir ölkələr hava məkanlarını bağlayır deyə, onun səyahəti pozulur.

Fevralın sonunda, Moskva Ukraynaya hücuma başlayandan bir neçə gün sonra Lavrov Cenevrəyə səfərini təxirə salmalı olub. O zaman Aİ hava məkanını Lavrovun üzünə bağlayıb.

Şimali Makedoniya və Monteneqro Aİ-yə qoşulmaq istəyirlər.

***

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfəri təxirə salınıb. Buna Serbiyanın Balkan qonşularından bəzilərinin nazirin təyyarəsini öz hava məkanlarına buraxmaması səbəb olub.

“Serbiya ətrafındakı ölkələr Sergey Lavrovun təyyarəsinin hava məkanlarına qəbulundan imtina etməklə kommunikasiya xəttini bloklayıblar”, – nazirliyin sözçüsü Mariya Zaxarova iyunun 6-da Rusiyanın dövlət xəbər agentliklərinə deyib.

Zaxarova konkret ölkə adı çəkməyib. Amma Interfax nazirliyin yüksək rütbəli rəsmisinə istinadla söhbətin Bolqarıstan, Şimali Makedoniya və Monteneqrodan getdiyini bildirib. Bu üç ölkə NATO təhlükəsizlik alyansının üzvləridir və məhdudiyyət Moskvanın Ukraynaya qarşı müharibəsindən dolayı qoyulub.

Buna da bax: Müharibəyə qarşı çıxan bir neçə min rusiyalı...

Enerji təchizatı müzakirə ediləcəkdi

Lavrov Serbiyada yüksək rütbəli rəsmilərlə, o cümlədən Prezident Aleksandr Vuçiç, Serbiya Patriarxı Porfirije ilə görüşməliydi.

Vuçiç bu gün (6 iyun) axşam Lavrovun səfərinin təxirə düşməsilə bağlı xalqa müraciət etməlidir.

Görüşlərin əsas müzakirə mövzularından biri Rusiyadan Serbiyaya enerji təchizatı idi. İki ölkə bu yaxınlarda təbii qaz təchizatı üzrə üçillik razılaşma imzalayıblar. Moskva Rusiya qazı üçün rublla ödənişdən imtina edən Avropa ölkələrindən bəzilərinə təchizatı dayandırıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakını Rusiyanın quberniyasına çevirmək planları...

Belqrad Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı müharibəni pisləsə də, Rusiyaya və rəhbərliyinə qarşı Qərbin sanksiyalarına qoşulmayıb.

Moskva və Belqrad uzunmüddətli müttəfiqlərdir.