Qəbələnin qazsız dağ kəndi - Laza [Fotolar]
Laza kəndi Qəbələ şəhərindən 8 kilometr aralıda yerləşir.
Kənd turizm baxımından əlverişli yerdədir. Kəndin yolları da asfaltlanıb.
Kənd sakinlərinin çoxu ləzgilərdir.
Sakinlərin sözlərinə görə, kəndi tərk edənlərin sayı ilbəil artır.
Burada insanlar daha çox köçəri həyat sürür. Maldarlıqla məşğul olurlar.
Kənd sakinləri qazsızlıqdan gileylənirlər.
Kəndin cavanları daha çox ya Bakıya, ya da Rusiyaya işləməyə üz tuturlar.
Kənd sakinləri işsizlikdən də şikayətlənirlər.
Burada təxminən 1100 nəfər insan yaşayır.