Karantinin sərtləşdiriləcəyi Lənkəranda eşitdiklərimiz...

Lənkəran, arxiv foto

Rəsmi açıqlamalara görə, Lənkəran şəhəri Azərbaycanda koronavirusa yoluxmada diqqət çəkən bölgələrdən biridir. Ötən həftəsonu (iyunun 6-dan 8-nə kimi) ölkədə karantinin sərtləşdirildiyi və əhalinin küçəyə çxmasının yasaq edildiyi 5 yerdən biri də məhz Lənkəran şəhəri olmuşdu.

Bu həftəsonu da ( iyunun 14-dən 16-na kimi) Lənkəranda karantinin yenidən sərtləşdiriləcəyi (Üstəlik, ölkədə bu həftəsonu karantinin sərtləşdirildiyi yerlərin sayı 5-dən 9-a çıxarılıb) gözlənir.

Bəs görək, şəhər sakinləri sərt rejim şəraitndə hansı problemlərlə qarşılaşırlar? Elə bu sualla həftəiçi bəzi yerli sakinlərə üz tutduq.

İltifat Rəhimzadə, -26 mart 2013

Şəhər sakini, içtimai fəal İltifat Rəhimzadə Lənkəran şəhərində sərt rejmin tətbiq edilməsini düzgün hesab etsə də, bu məsələ ilə bağlı problemlərin də olduğunu deyib:

“İnsanların problemləri çoxdur”

“İnsanlara izah olunmadi ki, nəyə görə Lənkəranda rejim sərtləşdirlib. Lənkəranda koronavirusla əlaqədar heç bir operativ məlumat verilmir. Neçə nəfər əvvəl virusa yoluxub, neçə nəfər sonra yoluxub? Heç bir informasiya verilmədi. İnsanların problemləri çoxdur. Qaydaların sərtləşdirilməsi həmin problemləri daha da dərinləşdirir. Karantin rejminin sərtləşdirlməsinin mahiyyətini insanlar başa düşmür. Belə çxır ki, virus həfətəsonu yayılır, qalan günlər yayılmır? Bunu başa düşmək olmur"

Buna da bax: Ekspert: Bu karantin yox, ‘kommendant saatıdır’ (VIDEO)

“ Amma test yoxdur”

Onun deməsinə görə, virusa yoluxanları aşkarlamaq üçün test aparılmalıdır:

“Televizyadan məlumat alırıq ki, bu qədər insan test edilib. Lənkəranda adamların test edilməsi haqqında heç bir məlumat yoxdur. Sərt karantin rejmi tətbiq etməklə yanaşı digər tədbirlər də görülməlidir, yəni test də aparılmalıdır. Şəhərdə dizenfeksiya işləri aparılıb, amma test yoxdur.... Camaat bazarda, çayxanalarda. Özü də maskasız.v Nəzərə alsaq ki, Lənkəran rayonu aqrar rayonudur, əhalinin əsas qazancı kənd təsərrüfatından gəlir...”

Rahim Nuriyev, sentyabr 2011

Lənkəran şəhər orta məktəbin müəllimi Rahim Nuriyev isə sərt karantin rejmində internetin zəiflədiyini bildirib:

“Fərq etmir karantindir.Camaat öz problemləri ilə məşğuldurlar. Deyirlər ki, kəndlərdə yoluxanlar çoxdur. O kəndlərə gedən avtobuslara baxdım.Heç kim qaydalara əməl etmir....”

Buna da bax: Koronavirusa yoluxmuş bəzi xəstələr evdə müalicə oluna bilərlər

“İnternet bərbad gündədir”

Onun deməsinə görə, rayonun mərkəzi bazarı adi qaydada işləyir:

“Adam çoxdur.Elə bil ki, karantin rejiminin bizə aidiyyəti yoxdur. Sərt karantin rejimində internet həmişəki kimi zəif işləyir. İnternet bərbad gündədir. Digər məsələlərdə problem görmürəm.”

“Orada test edirlər ”

COVID-19 bağlı laboratoriya testi, arxiv foto

Lənkəran rayon Mərkəzi Xəstəxanası-ndan isə bildiriblər ki,onlara müraciət edən vətəndaşlar test edilirlər:

“Test xəstəxanda keçirilmir. Nümunə götürürük, Taun Əleyhinə Stansiya var, veririk ora. Orada test edirlər.”

Lənkəran şəhər Telekommonikasiya Qovşağından da internetlə bağlı deyilənlərlə razılaşamadılar:

“Lənkəran şəhərində internet zəif deyil.”

“Ərazi dairəmiz geniş olduğundan telefonlaşan massiflərdə ola bilsin kabeldən olsun, ola bilər xəttdən olsun.Ümumi demək olmaz internet zəifdir. Ola bilər, bir obanentin interneri zəifdir,texniki problemi var. Belə olduqda texniki şöbədən gedib ona baxırlar.Telefon nömrələrinə əsasən yoxlayırıq. Lənkəran şəhərində internet zəif deyil.”

Buna da bax: Ölənlərin qohumları hökumətdən araşdırma tələb edirlər

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 740 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 428 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyədək ümumilikdə 9 min 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 113 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb.Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Ötən həftə, həftə sonu (iyunun 6-dan 8-nə kimi) Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu.Bu həftəsonu karantinin sərtləşdiriləcəyi yerlərin bir qədər də artırılcağı açıqlanıb.Karantin dövrü bir neçə dəfə uzadılıb.