Müsavatçılar Lənkəranda iclas keçirməyə imkan verilmədiyini deyirlər

Yadigar Sadıqlının evinin qarşısı, Lənkəran, 22 sentyabr 2019

Müsavat Partiyasının Lənkəran rayon təşkilatının bu gün, sentyabrın 22-nə nəzərdə tutulmuş iclası baş tutmayıb.
Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı bildirib:

“İclasın keçirilməsinə imkan vermədilər, qoymadılar. Axırda Bakıdan gələnlərə-Gülağa Aslanlıya ( Müsavat Partiyası İcra Aparatının rəhbəri) və digərlərinə zor tədbiq edib, demək olar ki, Lənkərandan çıxartdılar”.

Bu açıqlamaya, hələlik, Lənkəran Ryon Polis Şöbəsi, icra hakimiyyəti və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

Bu gün, sentyabrın 22-də Müsavat Partiyası Lənkəran rayon təşkilatının ümumi yığıncağının keçirilməsinə imkan verilmədiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlı danışıb:

“Lənkəran təşkilatının ümumi yığıncağı keçirilməli idi. Təşkilatın rəbhbərliyi və qurultaya nümyəndə seçməli idik. Qərərgahımız yoxdur. İclas bizim evdə keçirilməli idi. Polislər gəlib qapının önünü kəsmişdilər, həyətə girmişdilər.Sonra dedilər ki, rəis səni çağırır, gedək polisə. Pariyanın rəhbər şəxslərindən də burda var. Paltarımı dəyişdim, çlıxıdm küçəyə. Gördüm ki, polislər qapıdan uzaqlaşıblar. Hər iki tərəfdən yüz metr aralıda durublar. Sadəcə gedib-gələnləri buraxmırlar. Bizi polisə aparmadılar. Üzvlərimiz müxtəlif yerlərdə durub gözləyirlər. Belə görürəm ki, bunlar 3-4 saata buralara nəzarət edəcəklər. Ən azı Bakıdan gələnlər gedəndən sonra onlar da, yəqin çxıb gedəcəklər.”

Müsavatçıların iclas keçirəcəyi yerin yaxınlığı, Lənkəran, 22 sentyabr 2019

Bu açıqlamaya, hələlik Lənkəran Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə fundamental azadlıqların qorunduğunu bəyan edirlər.

Müsavat Partiyasının 9-cu qurultayı oktyabrın 12-si Bakıda keçirilməlidir. Partiya Divanının bu il sentyabrın 16-da keçirilən iclasında belə qərar verilib. Yer üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağı bildirilir.

Qurultaya hazırlıq məsələsinə Müsavat Məclisinin 2018-ci il iyunun 9-da keçirilən iclasında baxılıb, müvafiq təşkilat komitəsi yaradılıb. Partiya nizamnaməsinə əsasən, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir çağırılır.
Partiyanın başqanı Arif Hacılı hələ bir neçə gün öncə AzadlıqRadiosuna açıqlamasında yerlərdə toplantılara maneələr olduğunu bildirmişdi. Amma rəsmi qurumlardan belə məlumatlar təsdiqlənməmişdi. Müsavat Partiyasından bildirildiyinə görə, konfarns keçirmək məqsədi ilə müraciət ediləndə müsbət cavab verilmir.
Rəsmilər isə ölkədə siyası partiyalara faliyyət üçün bütün imkanlar yaradıldığını vurğulayırlar.

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiyanın 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunduğu açıqlanıb, o vaxt Milli Məclisin sədri İsa Qəmbər başqan seçilib. 2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda başqan vəzifəsinə Arif Hacılı seçilib.