Lerik rayonunun Ərdəbilə kəndində həyat...
Axşamtərəfi kənd sakini qoyunları otlaqdan kəndə tərəf gətirir.
Kəndin relyefi dağlıq və təpəlik olduğu üçün avtomobil yolu ilə kəndin içərilərinə doğru irəliləmək müşkül məsələdir.
Yusifin beş yaşı var, bağçaya getməsə də at minməyi, həyətdəki heyvanlara qulluq etməyi daha yaxşı bacarır.
Ramiz dayı kəndi tərk edən 30 ailə kimi evini tərk etməyib öz təsərrüfatını genişləndirərək ömürlük bu kənddə qalmaq istəyindədir.
Əvvəllər Kən bələdiyyəsinin sədri işləmiş Ramiz dayı bildirir ki, kənddə indi 15 ailə qalıb. Qalan 30 ailə sosial çətinlik üzündən kəndi tərk edib.
Lerikin Ərdəbil kəndi ucqar dağların arasında yerləşir və sakinləri əsasən maldarlıq və qoyunçuluqla məşğul olur.
Ərdəbil kənd sakini səhər tezdən heyvanları otlağa aparır.
Hər tərəfdən dağlar və meşələrlə əhatə olunan kənddə yayda maksimum temperatu +25, qışda isə -15 dərəcə arasında dəyişir.
Kəndə təbii qaz kəməri çəkilmədiyindən insanlar hələ də odun peçi ilə evlərinizi qızdırır və yemək hazırlayırlar.
Ərdəbilə Lerik rayonunun Kirəvud kəndinin inzibati ərazi vahidində yerləşən bir kənddir.
Ərdəbilə kəndi heyvandarlıq üçün əlverişli yerdə yerləşir və təbii bulaq suyu kəndə çatımlıdır.
Lerikin kəndləri dağların arasında bir-birindən dağlarla ayrılmış formada yerləşir və əksər kəndlərdə yol problemi var.
Lerik, Ərdəbilə kəndi. Kənddə qadın səhər tezdən heyvanların axuunuı təmizləyir.
Rəsmi mənbələrdə də qyed olunur ki, kəndi Cənubi Azərbaycanın Ərdəbil mahalından gəlmiş ailələr salmışlar.