Leysan, dolu gözlənir

arxiv foto

Mayın 26-da axşam Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin əsəcəyi, gündüz onun arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi təxmin dilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə

17-20, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı leysan olcağı, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təxmin edilir.