LiderTV-nin müflis elan edilməsi istənilir

Lider TV

"Lider TV və Radio-Azərbaycan" MMC-yə qarşı müflis elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu bildirilir.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən (İB) danışıblar.

İstehsalat Birliyindən deyilənə görə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin olunması barədə onlara qarşı iddia qaldırılıb.

Məlumata görə, müraciətə iyunun 8-i saat 11:00-da Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Bu açıqlamaya, hələlik, "Lider TV və Radio-Azərbaycan" MMC-dən münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə bəzi yerli saytlarda məlumatlar yayılmışdı ki, “LiderTV-nin bəzi əməkdaşları məzuniyyətə göndərilib. Amma bu məlumata da televiziyanın özündən açıqlama almaq mümkün olmamışdı.

LiderTV 2000-ci ildə təsis edilib.