Litva dəmir yolları Avropa İttifaqınin (Aİ) sanksiyaları altına düşən bir sıra Rusiya mallarının Kalininqrada (Kalininqrad vilayəti Litva və Polşa ilə həmsərhəd olan Rusiyanın anklavıdır) tranzitini dayandırır. KİV-lər bu barədə Kalininqrad vilayətinin qubernatoru Anton Alixanova istinadən məlumat yayıblar.
Məlumata görə, Rusiya regionlarından Kalinqrada daşınan bütün malların demək olar ki, 50 faizi Aİ qadağası altına düşür. Qubernator bildirib ki, yaranmış problemi aradan qaldırmaq üçün Ust-Luqa - Baltiysk bərə xətti üzrə yüklərin çatdırılması üçün əlavə gəmilərə ehtiyac var. Region rəhbəri hesab edir ki, Litva Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağa qoymaqla onun Aİ-yə daxil olma qaydalarını kobud şəkildə pozub.
Dəmiryolu vasitəsi ilə sərnişin daşınma əlaqəsi dəyişməz olaraq Litva ərazisindən həyata keçirilir və AB ölkələrinin hava məkanı Rusiya üçün bağlı olduğundan təyyarələr Baltik dənizi üzərindən uçur.
Buna da bax: Ukraynada zaman kimin xeyrinə işləyirİyunun əvvəlində Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi altıncı sanksiyalar paketində digər məsələlərlə yanaşı, ikili təyinatlı mallar və texnologiyalar üzrə ixrac məhdudiyyətlərinə məruz qalan şəxslər və təşkilatların siyahısı genişləndirilib.
Bundan başqa, daşınmasına qadağa qoyulan Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyaların siyahısı artırılıb. Bura kimyəvi silah istehsal etmək üçün istifadə edilə bilən 80 kimyəvi maddə daxildir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın 24-də başlayıb.
Buna da bax: Lavrov deyir ‘hücum etməmişik’, Putin deyir hücum davam edəcək