İspaniya millisinin keçmiş futbolçusu Xose Antonio Reyes yol qəzasında həlak olub

Sevilla's Jose Antonio Reyes məşq zamanı

İspaniya millisinin keçmiş futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında həlak olub.

Bu barədə onun əvvəllər çıxış etdiyi “Sevilya” klubu məlumat yayıb.Hələlik hadisə barədə ətraflı məlumat verilmir.

35 yaşlı yarımmüdafiəçi son vaxtlar İspaniyanın 2 -ci liqasında çıxış edən

“Estremadura” klubunda oynayırdı.

Reyes əsas uğurunu 2000-ci ildə qazanıb,həmin vaxt o, Londonun “Arsenal” klubunun formasını geyirdi və İngiltərə çempionatını qazanmış ilk ispaniyalı olub.

O, həmçinin İspaniya millisinin heyətində 21 oyun keçirib. Bundan başqa Reyes, “Sevilya”, “Real” və “Atletiko”nun şərəfini qoruyub.

İyunun 1-də Avropa Çempionlar liqasının Madriddə keçirilən finalı görüşü 1 dəqiqəlik sükutla açılıb.

Finalda İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıb. "Liverpul" rəqibini 2:0 hesabı ilə məğlub edərək qalib olub.