İngiltərənin "Liverpul" klubu futbol üzrə Avropa Çempionlar liqasının qalibi oldu.
Komanda iyunun 1-də Madriddə keçirilən final görüşündə digər ingilis klubu "Tottenhem" i 2:0 hesabı ilə məğlub etdi.
--
İspaniya polisi görüşə görə Madriddə təhlükəsizlik tədbirlərini gücləndirib.
“Vande Metropolitano” stadionunda keçirilən finalda iki ingilis klubu- “Liverpul” və “Tottenhem” qarşılaşıb.
Komandaların fanatlarına ümumilikdə 32 min bilet satılıb, finala baxmaq üçünsə Madridə 70 mindən çox azarkeş toplaşıb.
Şəhər rəsmilərinin sözlərinə görə təhlükəsizliyin təmin edilməsinə 5 minə yaxın polis cəlb edilib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu “Liverpul” un dalbadal ikinci, son 14 ildə isə 4-cü final görüşüdür.
Bundan bir il əvvəl komanda Kiyevdə keçirilən final görüşündə Madridin “Real” klubuna 3:1 hesabı ilə məğlub oldu.
“Liverpul” sonuncu dəfə 2005-ci ildə Avropa çempionu olub. Ümumilikdə isə Çempionlar liqasında oynadığı 8 final görüşündən 5-də qalib gəlib.
“Tottenhem” isə heç vaxt Avropa çempionu olmayıb və bu onun ilk final görüşüdür.