London mülklərinə görə keçmiş baş nazirə 10 il həbs qərarı..

Nawaz Sharif, onun qızı Maryam Nawaz, İslamabad, May 29, 2018

Pakistan məhkəməsi keçmiş baş nazir Nawaz Şarifə 10 il azadlıqdan məhrumetmə cəzası verib. Vəkil Muzaffar Abbas deyib ki, Şarif Londonda lüks evlər almaqda ittiham olunur. Məhkəmə həmçinin evlərin müsadirə olunması barədə qərar çıxıb.

Şarif Londonda yaşayan xəstə xanımının Pakistana qayıdana qədər qərarın icrasını dayandırmağı xahiş edib.

67 Şarif 2017-ci ildə Ali Məhkəmənin qərarı ilə baş nazir postuna xitam verilib və ömrünün qalan hissəsində siyasətlə məşğul olmaq qadağası gəlib.

Pakistan mediası yazır ki, Şarifin siyasi davamçısı kimi görünən qızı, ölkə parlamentində çalışan Məryəmin də 7 il müddətinə həbs olunub.

Şarif öncəki məhkəmə qərarlarını siyasi motivli adlandırıb.