Lodonda Ukrayna səfirinin maşını və polisə hücum edən şəxs həbs edilib

Londonda Ukrayna səfirliyinin maşını və polislərə hücum,13 aprel, 2019

Lodonda Ukrayna səfirinin avtomobili və polis əməkdaşlarına hücumda şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə “Evropeyskaya Pravda” portalı Britaniya polisinə istinadla xəbər verir.

“Polis əməkdaşlarına hücum edərək öldürmək və zərər vurmaqda şübhəli bilinən 40 yaşlı kişi həbs edilib”, polis idarəsi bildirib.

Hücum edənin kimliyi hələlik açıqlanmır. Bəzi məlumatlara görə, o hücumdan əvvəl öz maşınında bir neçə saat uçadan Ukrayna musiqisinə qulaq asırmış.

O, aprelin 13-də Londonda öz maşınını, bir neçə dəfə Ukrayna səfiri Natalia Galibarenkonun səfirliyin ətrafındada saxlanmış maşınına çırpıb.

Səfir həmin vaxt avtomobildə deyimiş.

Polislər hadisə yerinə gələndə, hücum edən maşını onların üstünə sürüb və polis ona atəş açmaq məcburiyyətində qalıb.

Hücum edən saxlanıb.

Ama ona və polis əməkdaşlarına heç nə olmayıb.

Hazırda London polisində istintaq gedir.