İyulun 6-da Rusiyada həlak olmuş 14 dənizçinin dəfn mərasimi keçirilib.
Sankt-Peterburqdakı "Serafimovsk" qəbristanlığında keçirilən dəfn mərasimində həlak olmuş dənzçilərin yaxınları, hərbçilər və məmurlar iştirak ediblər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Jurnalistlər yalnız dəfn mərasimindən sonra qəbristanlığın içərisinə buraxılıblar.
Qeyd edək ki, iyulun 1-də Barents dənizində Rusiyanın atom sualtı gəmisində baş verən yanğın nəticəsində 14 dənizçi ölüb.
Rusiya hakimiyyəti faciənin səbəbini açıqlamır.
Bu son illərdə Rusiyada baş verən ən pis belə qəzalardan biridir.
Rəsmilər gəminin növünə də aydınlıq gətirmirlər.
Amma Rusiya mətbuatı bunun “Loşarik” adlı məxfi müşahidə və tətdiqat gəmisi olduğunu yazır.
Müdafiə nazirliyinin məlumatına görə dənizçilər zəhərli tüstüdən ölüblər.
Həlak olanlardan 2-si Rusiyanın milli qəhrəmanı, qalanları isə 1 -ci dərəcəli kapitandılar.
2000-ci ildə də Rusiyada Kursk atom sualtı gəmisinin batması nəticəsində 118 nəfərlik heyət üzvlərinin hamısı həlak olmuşdu.
Həmin vaxt qayıqda iki partlayş baş vermişdi.