Mahmud Məmməd-Quliyev Ermənistana gedir

Mahmud Məmmədquliyev, Bakı, 10 dekabr 2010

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistana səfər edəcək.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, iyunun 27-də Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) xarici işlərnazirlərinin 38-ci şurasının iclası keçiriləcək. Azərbaycanı həmin toplantıda xarici işlər nazirinin müavini təmsil edəcək.

Ermənistandakı toplantıdan sonra rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək.

Mahmud Məmməd-Quliyev Yerevanda sədrliyi qəbul edəcək.

Xatırlatma

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilat (QDİƏT) 1992-ci ildə yaradılıb. Azərbaycan həmin vaxtdan qurumun təsisçi üzvüdür.

Azərbaycanın QDİƏT çərçivəsində ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasıya sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verdiyi bildirilir.