Şimali Makedoniya müxalifətinin lideri erkən seçki keçirməyə çağırır. Səbəb Baş nazir Zoran Zayevin istefasını elan etməsidir. Baş nazirin partiyası paytaxt Skopye daxil olmaqla bir sıra şəhərlərdə mer seçkilərinin ikinci turunda zəif nəticə göstərib.
VMRO-DPMNE müxalifət partiyasının lideri Hristiyan Mikovski partiyanın yerli seçkilərdə inamlı qələbə qazandığını, daha yaxşı Makedoniya üçün dəyişikliklərin başladığını bildirib.
Onun sözlərinə görə, partiyanın 31 oktyabr seçkisindəki qələbəsindən sonra növbəti parlament seçkilərinin “vaxtından əvvəl keçirilməsi xeyli real görünür”. O, VMRO-DPMNE-nin seçkidə böyük qələbə qazanacağını proqnozlaşdırır.
“Hakim partiya legitimliyini itirir və bu, yeni reallıqdır. İndi ən yaxşı yol erkən seçkidir”, – Mikovski deyib.
Zayev müxalifəti seçkidə qələbəsi münasibətilə təbrik edib, hakim SDSM-in zəif nəticə göstərməsinə görə məsuliyyəti götürüb. Ancaq o, Mikovskinin erkən seçki təklifi ilə razılaşmayıb.
Zayev 2017-ci ildə baş nazir seçilib.