Dollar 1.70-ə yaxınlaşır

Bakıda Exchange

Bakıda Exchange

Azərbaycan Mərkəzi Bankı manatın istirahət günləri və noyabrın 14-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Rəsmi məzənnəyə görə, həmin günlərdə bir dollar 1,6954 manata bərabər olacaq.

Noyabrın 11-də bir dollar 1,6869 manata bərabər olub.

2006-ci il yanvarın 1-də manatın denominasiyasından sonra heç vaxt dollar Azərbaycanda bu həddə yüksəlməyib. Onda 1 yeni manat 5000 köhnə manata bərabər götürülmüşdü.