101 il əvvəl azərbaycanlılara qarşı törədilən qırğınlar

Qırğınlar zamanı yandırılan "Kaspi" qəzetinin redaksiyası,mart 1918.

Buna da bax: 31 mart qırğınının 100-cü ildönümüdür (Video)

1918-ci il martın 30-dan aprelin 2-nə kimi bolşeviklərin və erməni silahlı birləşmələrinin iştirakı ilə Bakıda minlərlə insan qətlə yetirilib.

«Təzəpir» məscidi aramsız top atəşinə tutulub, memarlıq abidəsi «İsmailiyyə» binasını yandırılıb.

Yerli əhaliyə qarşı hücumlar Şamaxı və Qubada da davam edib. Həmin vaxt Bakı Sovetinin rəhbəri olan Stepan Şaumyan isə bu hadisələri bolşeviklərlə Müsavat başda olmaqla millətçi qüvvələr arasındakı vətəndaş müharibəsi kimi təqdim etmişdi.

Buna da bax: N.Nərimanov 31 Mart qırğınlarının qarşısını ala bilərdimi?

Bu hadisələrdən iki ay sonra yaradılan Azərbaycan Xalq Cümhuriyyəti də mart hadisələrinə xüsusi diqqət yetirib. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyası yaradıb.

Buna da bax: ‘100-ə nə qaldı’: Rəsulzadə: 'Dini faciəmiz Aşuradır, milli faciəmiz – 31 mart'

Xalq Cümhuriyyəti 1919 və 1920-ci illərdə martın 31-ni ümummilli matəm günü kimi qeyd edib.

Buna da bax: 31 mart təkcə can almadı...İZ

AXC-nin süqutundan ( 1920) sonra, sovet hakimiyyəti illərində bu tarix qeyd olunmayıb.

Azərbaycan yenidən müstəqillik əldə etdikdən (1991) sonra, 1998-ci ildə bu hadisə ilə bağlı dövlət başçısı fərman verib. Həmin fərmanda 1918-ci il martın 31-də baş verən hadisələr soyqırımı kimi dəyərləndirilir.

Ötən il bu hadisələrin 100 illiyi ilə bağlı Azərbaycanda bir sıra rəsmi və qeyri rəsmi tədbirlər keçirilmişdi.

Buna da bax: Mart qırğınının general qurbanı - Ağa Yusif Dadaşov