McDonald’s virusa görə yubiley endirimini ləğv edib

Məşhur McDonald’s qəlyanaltı şirkəti Rusiyada özünün 30 illik yubileyi münasibətilə keçirəcəyi endirim aksiyasını sağlamlıq mülahizələri ilə ləğv edib.

Dekabrın 31-də keçiriləcək bu tədbir zamanı şirkət məşhur Big Mac buterbrodlarını Sovet zəmanəsində olduğöu kimi 3 manata (5 sent) satacaqdı.

Şirkət bildirib ki, müştərilərin sağlamlığı onun reklamından daha qiymətlidir.

McDonald’s bəyan edib ki, tədbirin ləğv edilməsi Çindən yayılan koronavirus təhlükəsi ilə bağlıdır.

Rusiya indiyədək ölkədə kiminsə bu virusa yoluxduğunu rəsmən bildirməyib, amma özünün Çinləsərhədini bağlayıb. Bu, bütün dünyada ən uzun sərhəddir.

McDonald’s şirkətinin ilk restoranı Moskvanın Puşkin meydanında, 1990-cı il yanvarın 31-də açılanda Sovet İttifaqı hələ mövcud idi.

Bu hadisə Soyuq Müharibənin başa çatdığını göstərən əlamətlərdən biri sayılırdı.

31 yanvar 1990-cı il. Moskvada ilk McDonalds restoranının açılışı

O vaxtlar içində mal ətindən iki burger olan souslu buterbrod sovet pulu ilə 3 rubl 50 qəpik idi.

Həmin vaxtlar Moskvada bu qiymətə bir aylıq nəqliyyat kartı almaq olardı.

Sonralar qərargahı ABŞ-ın Çikaqo şəhərində yerləşən bu şirkət dəfələrlə Rusiya hakimiyyətinin təzyiqləri ilə üzləşmişdi.

Qərb Ukraynaya görə Rusiya üzərinə sanksiyalar qoyduqdan sonra Rusiyanın hakimiyyət orqanları bu şirkəti dəfələrlə sanitariya qaydalarını pozmaqda ittiham edib.

McDonald's Rusiyada 50 min nəfəri iş yeri ilə təmin edib.