►"Adəmlə Həvva burada ilk məscidi, Allaha ibadət yerini tikiblər"
CNN.com-da çap edilən "Mədinədəki bombalı hücum İslamın özünə qarşı hücumdur" yazısının müəllifi Qlobal Siyasət Mərkəzinin inkişaf üzrə direktoru Haroon Moghul-dur.
O həm də gələn il işıq üzü görəcək "Necə müsəlman olmalı" kitabının müəllifidir.
Müəllif yazır ki, Mədinə müsəlmanlar üçün Məkkədən sonra ikinci ən müqəddəs şəhərdir. Hər il, adətən həcc ziyarətindən əvvəl və ya sonra, yaxud da Ramazan ayının son on gecəsi ərzində milyonlarla zəvvar Mədinənin Böyük Məscidində ibadət edir. Bu insanlar İslamın ən müqəddəs ayında Məhəmməd peyğəmbərin dəfn olunduğu məkanı ziyarət etmək, vaxtilə onun oturduğu yerlərdə oturmaq, məsciddə namaz qılmaq istəyirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
İndi həmin o məscid Ramazan ayında intiharçı terrorçunun hücumuna məruz qalıb.
Bu partlayışa görə məsuliyyəti hələ ki heç bir qüvvə öz üzərinə götürməsə də, bu dəhşətli hadisənin İŞİD-dən başqa bir qüvvənin törətdiyini təsəvvür etmək çətindir.
Əl-Qaidənin özü nə qədər çirkin olsa da, İŞİD-i həddindən artıq zorakı hesab etdiyinə görə onun carçısı olmaqdan imtina edib. Bu hücumun ilin bu vaxtı dünyanın hər yerindən Mədinəyə axışan müsəlmanlara qarşı yönəldiyi aydındır. "Ancaq bu hücum həm də İslama qarşı yönəlmişdi," müəllif yazır.
Moghul qeyd edir ki, İslam dinində üç məkan müqəddəs sayılır. Onlardan üçüncüsü Qüdsdür. Qüds müsəlmanların ilk qibləsidir. Qüds həm də Məhəmməd peyğəmbərin Allahın hüzuruna alınmazdan əvvəl cənnətə yüksəldiyi səkkizguşəli binadır.
Heç də bütün peyğəmbərlər Qüdsə daxil ola bilməmişdilər. Peyğəmbərlərdən Musa və Yuşa ibn Nun bu şəhərə can atıblar. Davud peyğəmbər, ardınca da Süleyman peyğəmbər onun hakimi olublar. İsa Məsih və Həzrəti-Yahya da Qüdsün kölgəsində yaşayıblar.
"Müsəlmanların hazırkı qibləsi və ən müqəddəs şəhəri olan Məkkənin Adəm və Həvvanın cənnət bağlarından qovulandan sonra yenidən qovuşduğu yerdə salındığına inanılır. Adəmlə Həvva burada ilk məscidi, Allaha ibadət yerini tikiblər. İndi onun yerində Kəbəni görürük. İbrahim peyğəmbər oğlu Həzrəti- İsmayılla birlikdə bu sadə kub formalı yeri Allahın Evi olaraq tikib və bəşəriyyəti İlahiyə səcdə etməyə dəvət edib.
Müsəlmanların həcc ziyarətində yad etdikləri də həmin o çağırışdır. Bütün dünyada orta sinfin çiçəklənməsi sayəsində hər il milyonlarla müsəlman öz əcdadlarının yolunu gedərək Kəbənin ətrafında dövr edir. Bir çox müsəlmanlar həcc ziyarətinə gəldikləri zaman fürsətdən istifadə edərək İslamın ikinci müqəddəs şəhəri olan Mədinəni də ziyarət edirlər," deyə müəllif yazır.
Buna da bax: Ciddədəki ABŞ konsulluğu ətrafında partlayış
Sizin brauzer HTML5-i dəstəkləmir