ABŞ Medvedevi qəbul etmədi

ABŞ hökuməti Rusiya baş naziri Dmitri Medvedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina edib.

ABŞ hökuməti Rusiya baş naziri Dmitri Medvedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməkdən imtina edib.

Bu nümayəndə heyəti VaşinqtonaSuriya böhranı ilə bağlı məsələləri müzakirə etmək üçün prezident Putinin təklifi ilə yollanmalı idi.

ABŞ eyni zamanda Rusiyaya öz hökumət heyətini göndərməkdən imtina edib.

Ağ Evin sözçüsü Josh Ernst deyib ki, imtinaya səbəb Moskvanın İslam Dövləti adlanan təşkilata qarşı mübarizəyə “konstruktiv töhfə vermək istəməməsi” və “öz gündəliyini yürütməsi” olub.

“Rusiya çağırır!” adlı investisiya forumunda iştirak edən Vladimir Putin bu xəbəri alandan sonra ABŞ-ıRusiya ilə hərbi əməkdaşlıq etmək istəməməkdə ittiham edib.

Rusiya prezidenti həmçinin deyib ki, amerikalılar özlərinin terrorçu hesab etdikləri Suriya qruplaşmaları barədə Moskva ilə məlumat mübadiləsi etmək istəmirlər.

Vladimir Putin deyib ki, onun fikrincə, amerikalıların Suriyaya dair aydın strategiyaları yoxdur.