Noyabrın 20-i səhər saatlarından bəri, ictimai fəal Məhəmməd Kekalovdan yaxınlarının məlumat ala bilmədikləri deyilir.
Onu noyabrın 20-də mülki geyimli şəxslərin Bakıdakı evlərindən apardıqları bildirilir. Yaxınlarının sözlərinə görə, aparılarkən onun şəxsi əşyaları, o cümlədən kompüteri götürülüb.
Hələlik, məsələyə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Buna da bax: Ülvi Həsənlinin hədələndiyi deyilir