Mehman Hüseynov Elmar Hüseynovun məzarı başında

Mehman Hüseynov, 2 mart 2019

Bu gün, martın 2-də azadlığa çıxan Mehman Hüseynov jurnalist Elmar Hüseynovun qəbri üstünə gəlib. O, Azadlıq Radiosuna bunları deyib.

“ Mən bu gün, martın 2-də səhər saatlarında azadlığa çıxdım. Söz vermişəm ki, bu gün Mehman Hüseynov haqqında yox, Elmar Hüseynov haqqında danışacam. Mən azadlığa çıxan kimi gedib anamım qəbrini ziyarət etdim. Ardınca da qətilə yetirilən jurnalist Elmar Hüseynovun qəbri üstünə gəlmişəm. Bunu özümə mənəvi borc bildim”

Bloqer deyib ki, birinci gün, martın 4-də mətbuat konfransı keçirilib iki illik həbsi haqqında danışacaq:

“ İnanmıram ki, 2 il ərzində nələr baş verib sizə maraqlı olsun. Amma son iki ayda üzləşdiyim haqsızlıqlar barədə geniş açıqlama verecəm.”

Xatırlatma

«Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələdə məsuliyyətə cəlb olunmayıblar.