Mehman Hüseynov onu polislərin döydüyünü deyir, DİN isə…Yenilənir

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov xəstəxanada olub

Mehman Hüseynov xəstəxanadan arayış alıb

Dekabrın 27-si gecə saat 12 radələrində bir qrup polisin onu döyüldüyünü iddia edən bloqer Mehman Hüseynov dünən, dekabrın 28-də 1 saylı Kliniki Tibbi Mərkəzdən (Semaşko) tibbi arayış alıb.

Bloqerin sözlərinə görə, rəydə onun ayaqlarında və boynunda xəsarət aldığı təsdiqlənib.

Mehman Hüseynov AzadliqRadiosuna habelə bildirib ki, Respublika Prokurorluğuna şikayəti hazırlanır və bu işlə vəkili Fuad Ağayev məşğul olur.

Hələlik, bu açıqlamaya isə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

***

“ Əgər hüquq-mühaifzə orqanlarının cavabı M.Hüseynovu qane etməzsə...”

Repressiya və İşgəncələr Əleyhinə Komitəsinin koordinatoru, hüquqşünas Namizəd Səfərov deyib ki, bloqer M.Hüseynovun döyülməsi ilə bağlı söylədiklərinə inaınır:

“M.Hüseynov evə gedirmiş, ya aksiya keçirməyə hazırlaşırmış, bu onun hüquqdur və polisin buna müdaxilə etməyə ixtiyarı yoxdur” deyə koordinator bildirib.

N.Səfərov hesab edir ki, Daxili İşlər Nazrilyinin açıqlamasının məzmunu polislə M.Hüseynov arasında münaqişə olduğunu təsdiqləyir. Onun fikrincə, burada xəsarət alanın xəsarətlərinin dərəcəsinə, vaxt məsələsinə və şahidlərin olmasına baxmaq lazımdır.

“Amma istənilən halda bu onun gösətiricisidir ki, hakimiyyət vətəndaşların aksiya keçirməsini istəmir. Dünən reportiyor Fatimə Mövlamlı da repçi Pərviz Quluzadənin azadlığa buraxıması tələbi ilə bağlı təkabaşına aksiya keçirib. Görünür, hökumət bu halın yayılmasından ehtiyat edir.”, deyə N.Səfərov bildirib.

V çağrış Milli Məclisin üzvü Fazil Mustafa isə “ Turan” agentliyinə bloqer Mehman Hüseynovla bağlı baş vermiş hadisə barədə bilgisi olmadığını söyləyib.

Fazil Mustafa

Amma vurğulayıb ki, M.Hüseynov şəxsinə qarşı hər hansı şəkildə qanunsuz davranış oldğunu iddia edirsə, hüquq-mühafizə orqanlarına, prokurorluğa müraciət etməli, məsələ araşdırılmaslı və münasibət bildirilməlidir:

“Çünki, hüquq dövlətində hər hansı şəkildə qeyri-qanuni davranışlara mütləq reaksiya verilməlidir, məktub və müraciətlərə cavab verilməlidir”

Fazil Mustafanın fikirncə, əgər hüquq-mühaifzə orqanlarının cavabı M.Hüseynovu qane etməzsə, o zaman məhkəməyə müraciət etməlidir. “Bu məsələnin hüquqi baxımdan həlli belədir və başqa yolu yoxdur” deyə F.Mustafa bildirib.

***

Bloqer, bələdiyyə seçkilərində namizəd Mehman Hüseynov-un dünən dekabrın 27-dən 28-nə keçən gecə saxlandığı bildirilir.

Bu barədə bloqerin özü bildirib. M Hüseynovun deməsinə görə, Fəvvarələr meydanında dostu ilə gəzişərkən polislər onu maşına məndirərək naməlum istiqamətə aparıblar.

Mehman Hüseynov qeyd edib ki, bundan bir neçə saat əvvəl Daxili İşlər Nazirliyinin qarşısında bir neçə gün öncə inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş repçi Paster ləqəbli Pərviz Quluzadəni müdafiə etmək məqsədi ilə “ Pasteri azad et” yazılmış şüar qaldırıb.

"Altı nəfər polis bir yerdə döyürdü”

Bloqerin vurğulamasına görə, gecə saxlanandan sonra isə, onu elə maşında polis əməkdaşlar döyüb:

"Altı nəfər polis bir yerdə döyürdü. Səbəbini demirdilər. Sadəcə "plakatlar hanı? O birilər hanı? Niyə aksiya təşkil edib, kütləni arxanca aparırsan?" soruşub vururdular. Mən həbs olunmuş Pasterə dəstək olaraq plakatla şəkil paylaşmışam, amma sivil qaydada. Aksiya barədə isə ümumiyyətlə xəbərim yox idi".

“Bütün bunları telefona çəkirdilər"

M. Hüseynov qeyd edib ki, əvvəl onu Qaradağ Rayon Polis İdarəsinə aparmaq istəyiblər, lakin sonra fikirlərini dəyişiblər:

"Apardılar çöllüyə, yerə uzadıb orada da döyməyə başladılar. Altı nəfər belimin, boynumun arxasında gəzirdilər, təpikləyirdilər. Bədənimdə xəsarət izləri qalıb. Alçaldıcı hərəkətlər etmək istəyirdilər. Palçığa salmaq istəyirdilər, sonra onlara zəng gəldi, fikrindən vaz keçdilər. Sonra dedilər ki, səni bir də şəhərin mərkəzində görsək, bundan da pis olacaq. Bütün bunları telefona çəkirdilər".

Mehman Hüseynov vurğulayıb ki, polislərin hərəkətlərindən şikayət verəcək.

DİN: Yalan və uydurmadır

Ehsan Zahidov, 2011

“Mehman Hüseynovun polis tərəfindən döyülməsilə bağlı açıqlamaları həqiqəti əks etdirmir, yalan və uydurmadır”

Daxili İşlər Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsi Ehsan Zahidov bunu bloqer M.Hüseynovun saxlanması və döyülməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

E.Zahidovun deməsinə görə, M.Hüseynov və ətrafında olan bir qrup şəxs dekabrın 27-si gecə saat 12 radələrində əhalinin istirahət etdiyi bir vaxtda şəhərin mərkəzində icazəsiz aksiya keçirməyə cəhd edib:

“Məhkəmənin qanuni hökmü ilə inzibati qaydada həbs edilmiş şəxsin (Paster” ləqəbli repçi Pərviz Quluzadə nəzərdə tutulur- red) azad olunması məqsədilə icazəsiz aksiya keçirməyə cəhd ediblər. Polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq M. Hüseynov öz qanunsuz və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərini davam etdirib. Belə halda polis məcbur olub, M.Hüseynovu həmin ərazidən uzaqlaşdırıb”.

M.Hüseynovun polis tərəfindən döyülməsi ilə bağlı açıqlamasına cavab olaraq E.Zahidov deyib:

“Amma sonradan M. Hüseynov iddia edir ki, guya ona təzyiq olub, bunar hamısı yalandır. Əgər M.Hüseynov sonradan kim tərəfindən döyülübsə, təzyiqə məruz qalıbsa, buyursun, ərazi üzrə polis orqanına müraciət etsin. Məsələ araşdırılsın ki, doğrudanmı döyülüb? Döyülübsə də kim tərəfindən döyülüb”, E.Zahidov belə bildirib.

Xatırlatma

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

Bloqer Mehman Hüseynov bundan əvvəl 2017-ci il martın 3-də polisə böhtan atmaqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.

Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı, aclıq aksiyasına başladığını bildirmişdi.

Bu il yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı.

O, bu il martın 2-də həbs müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.

Bloqer bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində də Bakının Qaraçuxur qəsəbəsindən namizədliyini irəli sürmüşdü.Hələ rəsmi təsdiqlənməyən məlumata görə, onun bələdiyyə üzvü seçilmədiyi bildirilir. Seçkidə qanunsuzluqların baş verdiyini söyləyən bloqer seçki komissiyasına şikayət verib.