Həcc ziyarətinə gedənlər Ərafat dağına toplaşıblar

Məkkə yaxınlığındakı Ərafat dağı, müsəlmanlar Həcc ziyarətində.

Avqustun 10-da Həcc ziyarətinə gedənlər müqəddəs Məkkə ətrafındakı Ərafat dağına toplaşıblar.

Reuters və digər informasiya agentliklərinin məlumatına görə, bu il Ərafat dağına 2 milyonadək zəvvar topşlaşıb.

Səudiyyə Ərərbistanından verilən rəsmi məlumata görə, ümumilikdə bu il ziyarətə dünyanın müxtəlif ölkələrindən 2 milyondan çox adam gəlib.

Zəvvarlar bir günü Ərafat dağında keçirəcəklər.

Avqustun 11-də isə şeytana daşatma mərasimi başlayacaq.

Bu Qurban bayramının ilk günüdür.

Buna da bax: Azərbaycandan gedən zəvvar vəfat edib

Bu il Azərbaycanda Həcc ziyarəti üçün zəvvarlara ayrılan kvota tam dolaraq 1400 nəfər olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək.

Həcc ziyarətləri, adətən, Qurban bayramları vaxtı icra edilir.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır.

Söhbət Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin ziyarətindən gedir.