Məktubun içindəki naməlum maddədən 5 nəfər zəhərlənib

İllüstrasiya

Almaniyanın Xemer şəhərində məktubun içindəki naməlum maddədən 5 nəfər zəhərlənib.

Bild nəşri xəbər verir ki, yerli sakinlərdən biri Əfqanıstandan aldığı zərfi polis bölməsinə gətirib.

O, Əfqanıstanda nə qohumu, nə də tanışı olmadığı üçün məktubu açmağa ehtiyat edib.

Polis zabitlərindən biri həmin sakinin və digər polislərin iştirakı ilə zərfi açıb. Bir müddət sonra onların hamısı özlərini pis hiss edib, onlarda ürəkbulanması və qan dövranının pozulması müşahidə edilib. Onlara tibbi yardım göstərilib.

Ekspertlər məktubun içindəki maddənin nə olduğunu aydınlaşdırmağa çalışırlar.

Bundan başqa qadının ünvanının necə seçildiyini müəyyənləşdirmək istəyirlər.