6 mart M.Ə.Rəsulzadənin vəfat etdiyi gündür

Məmməd Əmin Rəsulzadə

-

Bu gün - martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür.

Azərbaycan milli istiqlal hərəkatına başçılıq edən Rəsulzadə həbsdə və mühacirətdə çətinliklərlə dolu bir həyat yaşayıb.

Onun “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsi, XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olub.

RƏSULZADƏNİN HƏYATI...

Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub.

1902-ci ildə 17 yaşında "Müsəlman gənclik təşkilatı"nı yaradıb.

Bu, XX əsrdə Azərbaycanda müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat olub.

AXC-nin süqutundan sonra Məmməd Əmin Rəsulzadənin mühacirət həyatı başlayıb.

O, 1955-ci il martın 6-da vəfat edib və Ankara şəhərində dəfn edilib.

Şərqdə ilk demokratik üsul idarənin bərqərar olduğu AXC 1918-ci il mayın 28-də yaradılıb və cəmi 23 ay fəaliyyət göstərib.

Azərbaycan Xalq Cümhuriyyəti Rusiyanın XI ordusunun işğalı ilə süqut edib.