Hürriyet: 'M.Mənsimov həbs olunub, meneceri buraxılıb'

Sizin brauzer HTML5-i dəstəkləmir

Mübariz Məsimovun saxlanması haqda ətraflı bilgi verilmir

Türkiyənin «Hürriyet» qəzeti yazır ki, əslən azərbaycanlı işadamı Mübariz Mənsimov həbs olunub.

O, FETÖ - 2015-ci ildə Türkiyədə çevriliş cəhdi və bu işdə ABŞ-da yaşayan türkiyəli islam alimi Fəthullah Gülənə bağlılığı olmaqda şübhəli olan şəxslər ilə bağlı araşdırma çərçivəsində tutulub.

Qəzetin yazdığına görə, M.Mənsimov meneceri Nuray Nurcihan Perker ilə birlikdə saxlanılıb, martın 16-da axşam saatlarında Çağlayandaki İstanbul Ədalət Sarayına gətirilib.

Daha sonra Nuray Perker məhkəmə nəzarəti qərarı ilə azadlığa buraxılıb. M.Mənsimov isə həbs olunub.

M.Mənsimovun «Palmali» şirkətlər qrupu açıqlamasında Mənsimovun günahsız olduğunu bildirib.