Merkel Moskvaya gedir

Angela Merkel Vladimir Putin, Berlin, 19 yanvar 2020

Avqustun 20-də Almaniya kansleri Angela Merkelin Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Bu barədə Rusiya prezidentinin rəsmi Kremlin.ru saytı məlumat yayıb.

Baxmayarq ki, bir müddət əvvəl Merkelin ofisi onun avqustun 22 -də Ukraynaya səfər edəcəyini bildirmişdi.

Bu, Merkelin 2021-ci ildə Rusiyaya ilk səfəridir. Bundan əvvəl Almaniya kansleri 2020-ci ilin yanvarında Rusiyada olub. Daha sonra bir neçə dəfə Putinlə telefonla danışıb.

Kremlin yaydığı məlumatda qeyd olunur ki, "müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, həmçinin bir sıra aktual beynəlxalq və regional problemləri nəzərdən keçirmək planlaşdırılır".

Səfər Rusiya ilə Almaniya arasındakı münasibətlərin pisləşdiyi bir dövrdən sonraya təsadüf edir. Beləki 2020-ci ilin avqustunda rusiyalı müxalifətçi siyasətçi Aleksey Navalnının zəhərlənməsi, daha sonra onun müalicə üçün bu ölkəyə gətirilməsi, 2019 -cu ildə Berlində Çeçenistan vətəndaşının öldürülməsi kimi hadisələr baş verib.

Amma bundan əvvəl də Berlin Moskvanı 2015 -ci ildə Bundestaqı hədəf alan bir kiberhücumda da ittiham edib. 2014 -cü ildə Rusiyanın Krımı ilhaq etməsindən və Moskvanın separatçı qrupları fəal şəkildə dəstəklədiyi Donbasdakı müharibədən sonra Almaniya Kiyevin əsas dəstəkçisinə çevrilib.

Berlin, Rusiya təbii qazının Almaniyaya tədarükünü iki dəfə artırmağı hədəfləyən Şimal axını 2-ci qaz kəməri layihəsini dəstəklədiyi üçün tənqid edilib.

ABŞ və digər ölkələr hesab edirlər ki, bu layihə Avropanı Rusiyanın enerji təchizatından asılılığını daha da dərinləşdirəcək. Həm də bu tənqidlər zamanı Almaniyaya xəvbərdarlıq edilib ki, bu Ukraynanı əhəmiyyətli qaz tranziti ödənişlərindən məhrum edə bilər.