Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov mətbuat konfransında manatın məzənnəsindən də danışıb. O deyib ki, Azərbaycanın valyuta bazarı sabitdir və manatın məzənnəsinin dayanıqlığına heç bir təhdid yoxdur. Onun sözlərinə görə, manatın dayanıqlığı artıb və AMB manatın devalvasiyası ilə bağlı heç bir qərar verməyəcək.
E.Rüstəmovun əlavə etməsinə görə, hətta manata mövcud olan təzyiqlər tədricən səngiyir.
2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi. Nəticədə manat iki dəfədən çox dəyər itirmişdi. Amma son illər manatın məzənnəsi sabit qalır. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.
Buna da bax: Maaş artımı kimləri sevindirəcək?Azərbaycan neftinin büdcə qiyməti 50 dollara qaldırılır
2022-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 50 ABŞ dolları məbləğində nəzərdə tutulub.
Bunu da E.Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
Bu rəqəm ilkin proqnozda 45 dollar olub.
Gələn il Azərbaycanın büdcə gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat olacağı gözlənilir. Bunlar bu ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə, müvafiq olaraq, 5.4 və 4.7 faiz çoxdur. Hazırda neftin bir barelinin qiyməti 85 dollar civarında dəyişir.
Buna da bax: Maliyyə Nazirliyi büdcə ilə bağlı nədən narahatdır?Mərkəzi Bank uçot dərəcəsini yüksəldib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin yüksəldilməsi haqqında qərar qəbul edib.
Bu barədə bu gün, oktyabrın 29-da faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun qeyd etməsinə görə, uçot dərəcəsi 6.5 faizdən 7 faizə yüksəldilib. Faiz dəhlizinin aşağı həddi 6 saxlanılıb, yuxarı həddi isə 7 faizdən 8 faizə artırılıb.
AMB sonuncu dəfə uçot dərəcəsinə ötən ay baxmışdı.
Amma bəzi müstəqil iqtisadçılar vurğulayırlar ki, AMB qərarları real vəziyyəti ciddi şəkildə ehtiva etmir. Onların sözlərinə görə, Azərbaycanda bununla bağlı qərarlar inzibati qaydada qəbul edilir.