Mirzoyan 2019-2021-ci illərdə 7-ci çağırış Ermənistan Milli Məclisinin sədri olub
Ararat Mirzoyan Ermənistanın Xarici işlər naziri təyin olunub. Prezident Armen Sarkisyan avqustun 19-da Baş nazir Nikol Paşinyanın təklifi əsasında belə bir sərəncam imzalayıb.
Mirzoyan 2019-2021-ci illərdə 7-ci çağırış Ermənistan Milli Məclisinin sədri olub.
Xarici işlər naziri postu isə mayın sonundan – Ara Ayvazyan istefaya gedəndən boşalmışdı. O vaxtdan bu vəzifəni iyulun ortasında xarici işlər nazirinin müavini təyin olunmuş Armen Qriqoryan icra edirdi. O zaman o, Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunmuşdu.
Bu gün baş nazirin qərarıyla Qriqoryan yenidən Təhlükəsizlik Şurasının katibi təyin olunub.