'Moody's': İqtisadi artım təxirə salınır

Moody's

«Azərbaycan iqtisadiyyatı karbohidrogenlərdən çox asılıdır. Neft ucuzlaşdığı üçün yaxın illərdə sürətli artım gözləmək olmaz».

Bu barədə «Moody's» beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

Sənəddə yazılır ki, «yeni qaz ixracı kəməri 1-3 il sonra fəaliyyətə başlayacaq (2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya), Avropa qaz tədarükünü şaxələndirəcək. Azərbaycan digər tədarükçülərlə rəqabətə girməli olacaq, onlar rəqabətli qiymətlər təklif edəcək».

***Buna da bax-V.Əhmədov: 'Bir az gecikdik'

Agentlik bildirir ki, «Şahdəniz» layihəsi çərçivəsində qaz ixracı başlayanda, ölkənin gəlirləri ciddi artmayacaq:

«Əvvəla, xarici şirkətlər investisiyalarını qaytarmalıdır; ikincisi ortamüddətli perspektivdə qazın bahalanacağı gözlənilmir».

«Moody's»in 2017-ci il üzrə proqnozu da pozitiv deyil.

«Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası iqtisadi artımın bərpasına mane ola bilər», - deyə agentlik hesab edir.

«Ümumi Daxili Məhsulun (ÜDM) artımının bir hissəsinin banklar tərəfindən kreditləşmə ilə dəstəklənməsi gözlənilirdi. Belə görünür ki, iqtisadi artım təxirə salınacaq», - agentliyin hesabatında vurğulanır.

Ötən il Azərbaycanda ÜDM 3.8 faiz azalıb. Bu il də ölkədə iqtisadi artım gözlənilmir.