Şair Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunacaq.
Prezident İlham Əliyev yanvarın 12-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda nəzərdə tutulur ki, yubileylə bağlı tədbirlər planını hazırlanmalı, həyata keçirilməlidir.
Buna da bax: Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi
Fərmanın icrası mədəniyyət və turizm və təhsil nazirliklərinə, eləcə də Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinə həvalə edilib.
Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində doğulub. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olub.
Ən çox “Görmədim” müxəmməsi ilə xatırlanan şair 1797 ildə vəfat edib.