Moskava ilə Minsk 10 gün əvvəl başlanan hərbi təlimlərin müddətini uzadır

Rusiya-Belarus hərbi təlimləri

Moskva və Minsk Donbassdakı vəziyyətə görə müttəfiq dövlətin silahlı qüvvələrinin yoxlanmasını davam etdirmək qərarına gəliblər. Bunu Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin “Müttəfiqlərin Qətiyyəti - 2022” hərbi təlimlərin ilkin nəticələrinə yekun vurarkən deyib.

Xreninin sözlərinə görə, iki ölkənin hərbçiləri iki ölkənin müdafiə mərhələlərini daha ətraflı işləyəcəklər.

Buna da bax: Liz Truss: Ukrayna ətrafında baş verənlər Putinin hakimiyyətinə son qoya bilər

“Müttəfiqlərin Qətiyyəti - 2022” təlimləri Belarus ərazisində, Ukrayna ilə sərhədlərə yaxın ərazidə keçirilir.

Fevralın 10-da Belarusda başlayan hərbi təlimlər fevralın 20-də başa çatmalı idi.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.

NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrainian Interior Minister, Journalists Come Under Fire In The East

Belarusun Xarici işlər naziri Uladzimer Makey fevralın 16-da bildirib ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək.

Lukaşenka isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.