Noyabrın 4-də Moskvada ənənəvi "Rus yürüşü” keçirilib

Noyabrın 4-də Moskvada keçirilən aksiyadan görüntü

Noyabrın 4-də Moskvada ənənəvi Rus yürüşü” keçirilib.

Lyublino rayonunda millətçilərin keçirdiyi yürüşdə bu yaxınlarda qadağan olunmuş “Ruslar” hərəkatının liderlərindən biri Anton Smirnov saxlanıb.

Həmçinin elə həmin gün “Qara blok” qruplaşmasının 7 üzvünün saxlandığı xəbər verilir.

Polis onlardan millətçi bayraqların yığışdırılmasını tələb etsə də polisin tələbinə tabe olmayıblar.

Millətçilər noyabrın 4-ü-milli birlik günündə Moskvada 4 müxtəlif aksiya keçiriblər.

Ənənəvi yürüş isə Lyublino rayonunda keçirilib.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə, aksiyada minə yaxın adam iştirak edib.

Aksiyada milləti və Putin əleyhinə şüarlar səsləndirilib.

Əsas bayram yürüşü isə Tverskoy küçəsində keçirilib.

Həmin nümayişdə azı 85 min adam iştirak edib.

Həmçinin Rusiyanın digər şəhərlərində bayram tədbirləri keçirilir.