Həftə ərzində Moskvada 3 kütləvi dava olub

İllustrasiya

Bazar gününə keçən gecə Moskvanın Volqoqrad prospektində kütləvi dava baş verib. Soyuq silahlardan istifadə edilən davada 2 nəfər ölüb.

İstintaqın məlumatına görə, dava məişət zəmnində, maşınyuma kompleksinin işçiləri arasında baş verib.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, davada təxminən 15 nəfər iştirak edib və onların hamısı əslən Özbəkistandandır.

Şəhərin Qospitalnaya küçəsində isə başqa bir dava olub, amma bu dəfə odlu silahlarla.

Şahidlərin məlumatına görə, davada 30-a yaxın adam iştirak edib və onlardan 3-ü xəstəxanaya düşüb.

Teleqram-kanal Mash 15 nəfərin saxlandığını xəbər verir.

Bundan əvvəl , fevralın 15-də isə Moskvanın “Peçatniki” rayonundakı “Neolit” kafesinin ətrafında da təxminən 50 nəfərin iştirakı ilə dava olub. “Moskovskovo komsomolets” (MK) portalının hüquq-mühavizə orqanlarındakı mənbələrə istinadla verdiyi məlumata görə, dava çeçenlərlə azərbaycanlıların arasında olub.

Nəticədə 1 nəfər güllə yarası alıb.

Son məlumata görə, hüquq-mühavizə orqanları həmin davaya görə bloqqer Alibek Mirzekhanovu saxlaylblar.

Məlumata görə onun “İntaqram” səhifəsinə 100 mindən çox adam üzv olub.

Qardaşının sözlərinə görə, hüquq-mühavizə orqanlarının əməkdaşları sübh tezdən mənzilə daxil olaraq onu döyüb, sonra isə naməlum istiqamətə aparıblar.Həmçinin mənzildə axtarış aparılıb.

Amma qardaşı deyir ki, Alibekin bu dava ilə heç bir əlaqəsi yoxdur və bu axtarış aparmaq üçün bir bəhanədir.