Moskvada siyasi məhbuslara azadlıq tələb edilir

Moskva şəhər duması qarşısında aksiya, arxiv foto

Sentyabrın 29-da Moskvada Siyasi məhbusların azad olunması tələbi razılaşdırılmış mitinq başlayıb.

Saxarov prospektində keçirilən aksiyanın əsas şüarı "Azad et!" dir. Rusiya Libertarian Partiyasının təşkil etdiyi aksiya siyasi partiya nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri və həmçinin mədəniyyət adamları da dəvət edilib.

Bu mitinqə qədər Moskvada prezident administrasiyası qarşısında "Moskva işi" məhbuslarının azad olunması tələbi ilə təkadamlıq aksiyalar keçirilib. Şənbə günü belə bir aksiyanı Korrupsiyaya qarşı mübarizə Fondunun rəhbəri Aleksey Navalniy keçirib.