MSK sədrinin maaşı 3 min manatı keçdi

Azərbaycan MSK-nın sədri Məzahir Pənahov

Prezident İlham Əliyev bu gün, iyunun 18-də Azərbaycan Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncamla sentyabrın 1-dən MSK sədrinin maaşı 3060 manat müəyyən edilib.

Sədrin müavini 2845 manat, katib 2110 manat, üzvlər isə 1920 manat alacaqlar.

Hazırda MSK sədrinin 2 min 40 manat, müavininin 1895 manat, katibinin 1405 manat, üzvlərin isə 1280 manat aldıqları bildirilir.

Xatırlatma

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı fərmanla Azərbaycanda minimum əməkhaqqı sentybarın 1-dən 180 manatdan 250 manata qaldırılıb.

Habelə, prezidentin başqa sərəncamları ilə müəllimlərin təqribən 20, polislərin, hərbi qulluqçuların və dövlətin başqa bir çox qurumlarında çalışan insanların da əməkhaqqları 40 faiz artırılıb.