Ukrayna separatçıları azad edir-mübadiləyə hazırlıq

Kyiv, məhkəmə, arxiv foto

Son günlər Ukraynanın bir sıra şəhərlərində məhkəmələr, Rusiyanın dəstəklədiyi Donbass separatçıları ilə mübadilə siyahısında olduğu deyilən 10-dan çox adamı həbsdən azad edib. Bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti məlumat yayıb.

"Hamının hamıya" prinsipi ilə dəyişmə barədə razılıq Ukrayna, Rusiya, Fransa və Almaniyanın təmsil olunduğu "Normand formatı" nın dekabrın 9-da Parisdə keçirilən görüşündə əldə olunub.

Son məlumatlara görə, girovların dəyişdirlməsi dekabrın 29-da baş tuta bilər. Amma hələki bu məlumat rəsmi təsdiqini tapmayıb. .

Bundan başqa Ukrayna məhkəmələrinin azad etdiyi məhbusların üzərindən ittihamların götürüləcəyi, onların gələcəkdə Ukraynaya girişlərinə icazə verilib-verilməyəcəyi və bu mübadilənin hüquqi baxımdan qeydə alınacağı da bəlli deyil.

Separatçılar da öz növbələrində həbsdə saxladıqları adamları azad etməlidirlər. Amma onların girov saxladığı adamların hələki dəqiq siyahısıı aşıqlanmayıb. Güman edilir ki, həmin siyahıda iki ildən artıq həbsdə saxlanılan Azadlıq Radiosunun "Donbass.Realiy" layihəsinin jurnalisti Stanislav Aseevin da adı var.

Ukraynanın separatçılara 87, onlarınsa Ukraynaya - 55 nəfəri verəcəyi ehtimal edilir. Ancaq rəqəmlər yenə də dəyişə bilər.