Müdafiə Nazirliyinin idarə rəisinin həbs edildiyi deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?

Müdafiə Nazirliyinin Maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədovun həbs olunduğu bildirilir.

"Turan"a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Məlumatı, hələlik, məhkəmə və idarə rəisinin yaxınlarından dəqiqləşdirmək mümkün olmayıb.

N.Məmmədovun mənimsəmədə ittiham edildiyi bildirilir. Deyilən ittihama ondan və yaxınlarından münasibət bəlli deyil. Onun Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə həbs olunduğu vurğulanır.

Bu yaxınlarda bu nazirliyin başqa bir neçə keçmiş və indiki yüksək rütbəli vəzifəli əməkdaşlarının da həbsi ilə bağlı məlumatlar yayılmışdı.