Təchizat İdarəsinin sabiq rəisi mənimsəmədə günahlandırılır

Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova Hərbi Prokurorluğun İstintaq idarəsi Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Turan"a bildirilib. Məlumata görə, onunla bağlı həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Cinayət Məcəlləsinin 179.4 maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən küllü miqdarda mənimsəmə və ya israf etmədən söhbət gedir. Orada 14 ilə qədər həbs nəzərdə tutulur.

İttihama M.Qurbanov və ya onun vəkillərindən, hələlik, münasibət almaq mümkün olmayıb.