Müəllimlərin məzuniyyət pulları hanı?

Cəlilabadda orta məktəb

Cəlilabad rayonunun Göytəpə şəhər 1 saylı orta məktəbinin müəllimi Süsən Hüseynova AzadlıqRadiosu-na bildirib məzuniyyət pulunu ala bilmir. O qeyd edib ki, ki, iyulun 1-dən məzuniyyətə çıxıb.

Süsən Hüseynova rayon təhsil şöbəsinə rəhbərlik etmiş adamların maliyyə pozuntularına yol verdiklərini deyir. Onun bildirməsinə görə, bu səbəbdən də maaş və məzuniyyət pulları gecikdirilir.

Buna da bax: Nazir maaş və pensiyaların gecikməsi xəbərinə münasibət bildirdi

«Əslində qanuna görə, məzuniyyətə 3-4 gün qalmış pullar verilməlidir. Qanun qalıb bir tərəfdə, 22 gün məzuniyyət haqqın ödənməsi gecikdirilib»

Qonşu rayonlarda da oxşar vəziyyətin olduğu bildirilir. Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyevin deməsinə görə, müəllimlərin məzuniyyət haqqı 20-22 gün gecikib:

Məzuniyyət pulları kəsilir?

«Gecikdirmələr bir yana dursun, müəllimlərin hər birinə 450 manat məzuniyyət haqqı veirirlər. Deyirlər ki, qalanlarını da 2-3 gündən sonra alarsınız. Kimdə tamdır, yarıdır fərq etmir, 450 manatdan o tərəfə vermirlər».

Rahim Nuriyev deyir ki, hara şikayət edəcəklərini bilmirlər:

«Əslində qanuna görə, məzuniyyətə 3-4 gün qalmış pullar verilməlidir. Qanun qalıb bir tərəfdə, 22 gün məzuniyyət haqqın ödənməsi gecikdirilib. Masallı rayonunda 1-2 həftə bundan əvvəl, tam alıblar. Amma Cəlilabadda verməyiblər. Yardımlıdan müəllim yoldaşlar zəng etmişdilər, bilmək istəyirdilər ki, biz almışıq, ya yox. Astara müəllimləri dünən, bu gün almalı idilər. Bizim mühasibat mərkəzimiz Astaradadır».

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

İcra hakimiyyəti təkzib edir

«Gecikdirmələr bir yana dursun, müəllimlərin hər birinə 450 manat məzuniyyət haqqı veirirlər. Deyirlər ki, qalanlarını da 2-3 gündən sonra alarsınız...»

Cəlilabad rayon İcra Hakimiyyəti aparatından bildirirlər ki, əmək haqqı kart hesablarına vurulub. Müəllimlər istənilən vaxt, istənilən bankomatdan pullarını götürə bilərlər.

Mühasibatlar birləşdirilib...

Rayonların təhsil şöbələri qalsa da, mühasibatları birləşdirilib. Lerik, Lənkəran, Astara təhsil şöbələrin mərkəzi mühasibatlığı Astara, Yardımlı, Masallı, Cəlilabad mühasibatlığı isə Masallı rayonunda fəaliyyət göstərir. Cəlilabadda 2 mindən, Lənkəranda isə 5 mindən yuxarı müəllim çalışır.

Bu günlər Maliyyə naziri Samir Şərifov da demişdi ki, əhalinin maaş və pensiyaları tam və vaxtında ödənilib.

Əlipənah Rzalı

İqtisadçı Əlipənah Rzalı isə deyir ki, rəsmilər etiraf etməsə də müəllimlərin məzuniyyət pulunun gecikməsinin iki səbəbi var. Birincisi, büdcədə kəsir var. İkincisi, rayon təhsil şöbələrin strukturunda edilən dəyişikliklər gecikmələrə səbəb olub.

Buna da bax: Maliyyə Nazirliyinin «sakitləşdirici həb»i…

İqtisadçı deyir ki, əvvəllər rayon təhsil şöbələrin öz mühasibatlığı var idi. Buna görə, təhsil şöbələri müəllimlərin əmək haqlarının vaxtında verilməsində maraqlı idilər. İndi isə mühasibatlıqlar birləşib. Bu da müəyyən problemlər yaradır.